Bir sözüm var sənə ey mehribanim
Bu siniq könlümün qəmi nədəndi ? nədən
Həsrətindən ah çəkərəm ağlaram
Qurumaz gözümün nəmi nədəndi
Çəkilibdir sinəmə daği gözlərin
Şərbət dodaqlarin saqi gözlərin
O cəllad qaşlarin yaği gözlərin
Mənə edir bu sitəmi nədəndi
Gəl rəhm eylə gözlərimin selinə
İstərəm quvşanam incə belinə
Qoymursan ki əlim dəyə əlinə
Öldürürsən ömrü kəmi nədəndi
Oxtayam dərdimi qan ağlayanda
Sən də ürəyindən yan ,ağlayanda
Bir dəfə demisən can ağlayanda
Sən qülüb alirsan dəmi nədəndi
اولمادين
اي منيم جانيم بو جيسمه جان اولاردين ، اولمادين
سروي بويلولو دلبر جانان اولاردين ، اولمادين
هر گئجه گؤزياشيم آخدي من يولومدان دونمه ديم
صبحومه لطف ايله ييب فرمان اولاردين ، اولمادين
نازيني آز چكمه ديم هر گون بو پوزقون حال ايله
سن بو عشقه ترتميز انيسان اولاردين ، اولمادين
چوخلو سؤز قالدي سينه مده مدفن سيرر اولموشام
قبريم اؤسته قاري يي قرآن اولاردين ، اولمادين
بس خيالين مركبينده اوتوروب شؤو شيغياديم
قارشيداكي صون سرابيم سن اولاردين ، اولمادين
آهي و افغانيم آليب ايندي سراسر عالمي
سن تسلي اولماقا درمان اولاردين ، اولمادين
زنگيمارلي دالدالانميش عهدينه ، پيمانينا
ايسته سئيدين عشقينه عؤنوان اولاردين، اولمادين
آيريليق
بو آيريليق نه دن اولدي
اللريني چكيب من دن
ياريم بوگون گئدر اولدي
هم سئويب هم سئويليرديك
بوذآيريليق نه دن اولدي
يار عشقين دن يانايانا
آيري دوشدوم ائللره من
آما سن دن آيري گئچن
ئورك دئير بدن اولدي
ياندي ئورك كباب اولدي
گول باغچه م ده خزان اولدي
من كي سن دن آيريلمازديم
بو آيريليق نه دن اولدي
يار عشقيله يانايانا
آيري دوشدوم ائللره من
آما سن دن آيري گئچن
ئورك دئير بدن اولدي
axtarıram səni hər anımda
sazının səsi çağırır məni
sən döydükcə sazının döşünə
sızlayır könlümün bəm teli
doxunur əllərin sazının telinə
bir zamanlar saçıma doxunan kimi
çalısan kərəmi astaca,yanıx
əslinin ürəyi qan olur burda
sızıldır anasından ayrılan bir körpə kimi
barmaqların segahı,dolanan zaman
deməzlərmi? pərdə arxasında gizlənər sırlar
nə üçün?bəllənir kədərim,qəmim
sən çalan zamanı,yanıx kərəmi
doxun əllərinlə,çöz düyününü
pərdələr arası,gizlənən sırrın
çal...çal...kərəmi astaca,yanıx
səslənsin,ucalsın səsinlə birgə
sevdalı könlümün hayxırışları
Ömür keçdi almadim ömürdən
Kamim oldu zəhər yenə qayitma
Hami dedi qocalbsan ay ömür
Günün batdi sənin , günə qayitma
Dünya qəlbirində firladir məni
Yağdirir başima qəm möhnətini
Uçurub könlümün səltənətini
İstəmədim həyati ,mənə qayitma
Gileyliyəm Oxtay sənin əlindən
Ömür niyə vurdu sənin belindən?
Didərgin olmuşsan yaşam elindən
Xəzan yeli əsir ,çəmənə qayitma