axtarıram səni hər anımda
sazının səsi çağırır məni
sən döydükcə sazının döşünə
sızlayır könlümün bəm teli
doxunur əllərin sazının telinə
bir zamanlar saçıma doxunan kimi
çalısan kərəmi astaca,yanıx
əslinin ürəyi qan olur burda
sızıldır anasından ayrılan bir körpə kimi
barmaqların segahı,dolanan zaman
deməzlərmi? pərdə arxasında gizlənər sırlar
nə üçün?bəllənir kədərim,qəmim
sən çalan zamanı,yanıx kərəmi
doxun əllərinlə,çöz düyününü
pərdələr arası,gizlənən sırrın
çal...çal...kərəmi astaca,yanıx
səslənsin,ucalsın səsinlə birgə
sevdalı könlümün hayxırışları